Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Far.Az xəbər saytı

Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb


ABŞ Konqresinin Senatı (yuxarı palata) cümə axşamı ölkə Prezidenti Donald Trampın İrana qarşı müharibədə hərbi səlahiyyətlərini məhdudlaşdıran növbəti qətnamə layihəsinin əleyhinə səs verib.

"Report" xəbər verir ki, qanun layihəsinin əleyhinə 49, lehinə 47 senator çıxış edib.

Təklifdə prezidentin müharibə elan edilməsi yolu ilə Konqresin icazəsi və ya hərbi qüvvədən istifadə üçün xüsusi icazə alındığı hallar istisna olmaqla, ABŞ silahlı qüvvələrini İran ərazisindəki və ya İrana qarşı hərbi əməliyyatlardan geri çəkəcəyi nəzərdə tutulurdu.

Qətnamə layihəsinin müəllifi Merilend ştatından olan demokrat Kris van Hollendir.

Xatırladaq ki, ABŞ ilə İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazına aid olan hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda günahlandıraraq İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər