Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb"
Yevlax rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.
Hadisə iyulun 23-də rayonun Hacıselli kəndində qeydə alınıb.
Məlumata görə, aralarında yaranan mübahisə zamanı 1963-cü il təvəllüdlü Natiq Abbasov avtomat silahdan atəş açaraq həmkəndlisi, 1984-cü il təvəllüdlü Eşqin İsmayılovu qətlə yetirib.
Mərhumun yaxınlarının sözlərinə görə, hadisə zamanı çoxsaylı atəş səsləri eşidilib.
Eşqin İsmayılovun qardaşı Hüseyn İsmayılov bildirib ki, şübhəli şəxs digər ailə üzvlərinə də atəş açıb:
"Qardaşıma təxminən 18 dəfə atəş açıb. Qızıma da güllə atıb. O, qaçaraq qonşunun həyətinə sığınıb. Anam çölə çıxmaq istəyəndə ona tərəf də atəş açıb. Deyib ki, bu gecə nəslinizi qıracağam".
Onun sözlərinə görə, tərəflər arasında əvvəldən ədavət olub:
"Qardaşım buna görə səkkiz ay həbsdə qalıb. Sonradan dəfələrlə barışıq əldə etməyə çalışmışıq, lakin qarşı tərəf razılaşmayıb".
Hadisəni törətməkdə şübhəli bilinən Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "Moyka" biznesi ölümlə bitdi
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













