Tramp: Si Cinpin və Putin məni İrana silah tədarük etməyəcəklərinə əmin ediblər
Far.Az xəbər saytı

Tramp: Si Cinpin və Putin məni İrana silah tədarük etməyəcəklərinə əmin ediblər


Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin İrana silah tədarük etmək planlarının olmadığı barədə onu əmin ediblər.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

D.Trampın sözlərinə görə, Pekindəki son görüş zamanı Si Cinpin ona "heç bir halda" İrana silah tədarük etməyəcəyini və ya satmayacağını bildirib.

O həmçinin əlavə edib ki, bu öhdəlik Çin şirkətlərinə də şamil olunur:

"Münasibətlərimizi nəzərə alaraq, onun sözünə inanıram".

D.Tramp eyni zamanda qeyd edib ki, oxşar təminatları Rusiya Prezidenti Vladimir Putindən də alıb:

"Prezident Putin Ukraynada davam edən müharibəyə baxmayaraq, mənə İrana silah satmayacağını dedi".

ABŞ Prezidenti vurğulayıb ki, Birləşmiş Ştatlar silahı birbaşa Ukraynaya satmır, əksinə, onu tam dəyərini ödəyən NATO ölkələrinə tədarük edir:

"Beləliklə, İran kontekstində adı ən çox çəkilən iki ən böyük ölkə, mənim fikrimcə, silah tədarükündə iştirak etmir. Əgər onlar bunu etsəydilər, bunun onlar üçün çox pis nəticələri olardı - və əlbəttə ki, onların öz maraqlarına cavab verməzdi".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər