Sakinlərin səbri tükəndi: "Tozun içindəyik, bir stəkan çay içə bilmirik, qışda da hər yer palçıq olur"
Far.Az xəbər saytı

Sakinlərin səbri tükəndi: "Tozun içindəyik, bir stəkan çay içə bilmirik, qışda da hər yer palçıq olur"


Qəbələ rayonunun Kürd kəndinin sakinləri yol, işıq və su problemindən şikayətçidirlər.

Kənd sakinləri narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma baxan yoxdur. Hamı problemlərin düzələcəyinə dair vəd verir, lakin heç biri həll olunmur", - deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə qeyd edib: "Tozun içindəyik, bir stəkan çay içə bilmirik. Qışda da hər yer palçıq olur, uşaqlar məktəbə gedə bilmirlər. Kimin maşını varsa, övladını onunla aparıb-gətirir, amma avtomobili olmayanlar çətinliklə üzləşirlər".

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər