Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Rəsmi qurumdan AÇIQLAMA
2026-cı ildə Azərbaycana gələn turistlərin sayında azalma qeydə alınıb.
Rəsmi statistikaya əsasən, ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11 faiz azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30 faizdən çox olduğu bildirilir.
Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov Baku TV-yə bildirib ki, mövcud vəziyyəti təhlükəli tendensiya kimi qiymətləndirmək düzgün deyil.
"Turistlərin sayındakı azalmada qorxulu bir məqam yoxdur. Bəziləri bu məsələni həddindən artıq şişirdirlər. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallar turizmin inkişafına təbii şəkildə təsir göstərir", - deyə o qeyd edib.
Müzəffər Ağakərimov Yaxın Şərqdə, Ukraynada və digər regionlarda davam edən münaqişələrin insanların səyahət imkanlarını məhdudlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, oxşar vəziyyət pandemiya dövründə də müşahidə olunub.
"2019-cu ildə Azərbaycana 3 milyondan çox turist gəlmişdi. İnanırıq ki, mövcud problemlər aradan qalxdıqdan sonra bu göstərici yenidən yüksələcək və gələcəkdə 4-5 milyon nəfərə çata bilər", - Assosiasiya rəsmisi bildirib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













