Abbas Əraqçi: İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək
Far.Az xəbər saytı

Abbas Əraqçi: İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək


Tehran ABŞ-nin təzyiqlərinə boyun əymək niyyətində deyil və ölkənin Hörmüz boğazı, eləcə də Fars körfəzindəki maraqları da daxil olmaqla, öz qanuni hüquqlarını ardıcıl olaraq müdafiə edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında bildirib.

Onun sözlərinə görə, İranın Rusiya və Çinlə məsləhətləşmələri daimi xarakter daşıyır və həm paytaxtlar səviyyəsində, həm də qarşılıqlı səfərlər, telefon danışıqları və beynəlxalq görüşlər çərçivəsində keçirilir:

"Bu gün həm Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, həm də Çinin xarici işlər naziri Van İ ilə üz-üzə danışıqlar aparmaq üçün yaxşı imkan yarandı. Biz məsələlərin geniş spektrini ətraflı şəkildə müzakirə etdik".

İranın XİN rəhbəri həmçinin bildirib ki, tərəflər Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Pakistanın təşəbbüslərini müzakirə ediblər. Bununla yanaşı, o vurğulayıb ki, əsas problem vasitəçinin olmaması deyil, ABŞ-nin siyasətidir.

"İran artıq sübut edib ki, ABŞ-yə tabe olmayacaq. Biz heç vaxt güc, təzyiq və hədə-qorxu dilinə cavab verməyəcəyik. Biz təhdidlərdən qorxmuruq, təzyiqlərə boyun əyməyəcəyik və ultimatumlar dilini qəbul etmirik", - A.Əraqçi bildirib.

O əlavə edib ki, İran xalqının maraqlarının, onun qanuni hüquqlarının qorunması, eləcə də İranın Hörmüz boğazında və Fars körfəzi regionunda hüquqlarının təmin edilməsi ölkənin xarici siyasətinin təməl prinsipləri olaraq qalır: "Məqsədlərimizə çatana və İran xalqının qanuni tələbləri təmin olunana qədər biz fəaliyyətimizi davam etdirəcəyik".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər