Tramp hələ ki İrana zərbələrin gücləndirilməsini nəzərdən keçirmədiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana endirilən zərbələrin miqyasının artırılması barədə hələlik yekun qərar qəbul etməyib.
"Report" xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən Amerika lideri Vaşinqtonun Tehranla təmasları davam etdirdiyini bildirib.
"Biz hazırda onlarla danışırıq. Mən belə hesab edirəm ki, onlar gündən-günə daha da ciddiləşirlər, yəqin ki, açıq-aydın səbəbə görə", - Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ-nin münaqişədən çıxış üçün bir neçə variantı var. Onlardan biri hərbi əməliyyatların davam etdirilməsini və İran obyektlərinə daha intensiv zərbələrin endirilməsini nəzərdə tutur. Tramp razılaşmanın bağlanmasını daha məqbul variant adlandırıb.
"Hərbi çıxış yolu var ki, bu halda, biz onların sahib olduqları hər şeyi partladaraq, sadəcə olaraq eyni şeyi və hətta daha sərt şəkildə etməyə davam edirik. Yaxud daha ağıllı strategiya var - sövdələşmə bağlamaq", - ABŞ Prezidenti bəyan edib.
Tramp belə bir fikir bildirib ki, İran razılaşmada maraqlı olsa da, hələlik buna hazır deyil. Onun sözlərinə görə, İran tərəfi sərtlik nümayiş etdirməyə çalışaraq razılığa gəlmək istəyi barədə həmişə açıq şəkildə bəyan etmir.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib













