Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib
Far.Az xəbər saytı

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib


ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya başlayacağını bildirib və Brüsseli yeni rüsumlarla hədələyib.

"Report" xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin "Truth Social" səhifəsində yerləşdirilib.

Trampın sözlərinə görə, Aİ əsassız olaraq "Apple"ı 15, "Meta"nı 3, "Amazon"u 2,5, "Google"u isə 1 milyard dollar cərimələyib. Amerika liderinin iddiasına görə, "Google"a tətbiq edilən cərimələrin ümumi məbləği 18 milyard dolları keçib.

Tramp Aİ-nin hərəkətlərini "qanunsuz və son dərəcə ayrı-seçkilik xarakterli təcrübə" adlandırıb.

"Biz Amerika şirkətlərinin və öz növbəsində, Amerika vergi ödəyicilərinin "soyğunçuluq" təcrübəsi ilə bağlı 301-ci maddəyə uyğun olaraq dərhal araşdırmaya başlayacağıq. Avropa İttifaqı bu qanunsuz və son dərəcə qeyri-etik davranışın nəticəsi ağır olacaq", - Tramp vurğulayıb.

O həmçinin əlavə edib ki, Brüssel cərimələri tamamilə ləğv etməlidir, əks halda, Vaşinqton yaxın vaxtlarda Aİ-yə qarşı "əhəmiyyətli idxal rüsumları" tətbiq etməyi planlaşdırır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Şabranda çay yatağı "zibil poliqonu"na çevrilib, icra hakimiyyəti cərimələrin tətbiqinə hazırlaşır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər