WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
Küveyt və Bəhreyn iyul ayında İran ərazisinə gizli şəkildə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Bəhreyn və Küveytin Hərbi Hava Qüvvələri bir sıra hərbi obyektlərin, o cümlədən raket və pilotsuz uçuş aparatlarının saxlanc yerlərinin məhv edilməsi üçün qırıcıları cəlb edib. WSJ iddia edib ki, bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri əməliyyatın keçirilməsi üçün kəşfiyyat məlumatları təqdim edib.
Ötən gün İran ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı hərbi zərbələrdə iştirak etməsi barədə bəyanatından sonra regionun bir sıra ölkələrini mümkün cavab hücumları barədə xəbərdar edib.
"Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur", - İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib və əlavə edib ki, əks halda, İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranacaq.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













