Qremin Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi iflasla üz-üzədir
Senator Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin irəlilədilməsi ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Konqresdəki demokratlar arasında yaranmış fikir ayrılıqları səbəbindən pozulmaq təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mübahisənin predmeti sənədin ABŞ Prezidentinə Rusiya enerji resurslarını alan ölkələrə qarşı öz mülahizəsinə uyğun olaraq 100 %-dək həcmdə rüsumlar tətbiq və ləğv etməyə imkan verən bəndi olub.
Nəşr qeyd edib ki, Demokratik Partiyanın nümayəndələri dövlət başçısına ticarət sahəsində belə geniş səlahiyyətlərin verilməsinə qarşı çıxırlar.
"Tramp administrasiyası tariflərin tətbiqi üzrə öz dolanbac kampaniyasını davam etdirdiyindən aparıcı demokratlar prezidentə daha geniş ticarət səlahiyyətləri vermək istəməyərək bu addıma qarşı sərt mövqe tutublar", - "The New York Times" yazıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
-
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
-
Abbas Əraqçi Qırğızıstanda səfərdədir













