"Bloomberg": ABŞ İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün vəsait axtarır
Far.Az xəbər saytı

"Bloomberg": ABŞ İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün vəsait axtarır


Əlavə xərclər paketinin təsdiqlənməsi prosesi konqresdə faktiki olaraq dalana dirəndiyindən ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün maliyyə mənbələri axtarır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda hərbi əməliyyatların maliyyələşdirilməsini necə təmin etməyi müzakirə edirlər, çünki yeni ayırmalar paketinin razılaşdırılması çətinliklərlə üzləşib. Bununla əlaqədar Ağ Ev lazımi vəsaitləri əldə etmək üçün alternativ yollar axtarmaq məcburiyyətində qalıb.

Nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qanunvericiləri əlavə maliyyənin ayrılmasını dəstəkləməyə inandırmaq üçün, demək olar, heç bir səy göstərmir.

Daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset senatda bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyat üçün çəkdiyi xərclər təxminən 37,5 milyard dollar təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər