Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Çin ABŞ və İran arasındakı münaqişənin nizamlanmasında Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirir və İslamabadın bu istiqamətdəki səylərini dəstəkləməyə davam etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ ilə onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasındakı görüşün yekunlarına dair Çin Xarici İşlər Nazirliyinin (XİN) şənbə günü dərc olunmuş bəyanatında deyilir.
Van İnin sözlərinə görə, Pekin İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasında Pakistanın rolunu yüksək qiymətləndirir, tərəflərin dialoq və danışıqlara qayıtmasına, eləcə də hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına nail olunmasına yardım edəcək.
Çinin XİN rəhbəri həmçinin iki ölkənin maraqlarını, eləcə də Qlobal Cənub dövlətlərinin qanuni hüquq və maraqlarını birgə müdafiə edərək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BMT çərçivəsində Pakistanla qarşılıqlı fəaliyyəti gücləndirməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
-
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
-
"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur













