Rusiyanın Sumı və Zaporojyeyə hücumları nəticəsində ölənlər və yaralananlar var
Far.Az xəbər saytı

Rusiyanın Sumı və Zaporojyeyə hücumları nəticəsində ölənlər və yaralananlar var


Rusiya qoşunları iyulun 25-nə keçən gecə pilotsuz uçuş aparatlarından istifadə edərək Sumı və Zaporojyeyə zərbələr endirib, nəticədə azı iki nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "RBC-Ukraina" məlumat yayıb.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun məlumatına görə, Sumıda reaktiv pilotsuz uçuş aparatının zərbəsi mülki infrastruktur obyektinə tuş gəlib. Anbar binaları və nəqliyyat vasitələri zədələnib.

Sumı merinin səlahiyyətlərini icra edən Artyom Kobzar daha sonra bildirib ki, ölənlərin sayı ikiyə çatıb, daha üç nəfər isə yaralanıb. Onun sözlərinə görə, şəhərin Zareçnı rayonunda mülki infrastruktur obyekti vurulub, Kovpakovski rayonunda isə yanacaqdoldurma məntəqəsinə və çoxmənzilli binanın damına hücum edilib. Bundan başqa, supermarketin binası zədələnib.

Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, Zaporojyedə Rusiyanın zərbəsi nəticəsində ticarət mərkəzi zədələnib və orada təqribən 500 kv. m sahədə yanğın baş verib.

Son məlumatlara görə, Zaporojyeyə edilən hücum nəticəsində 63 yaşlı kişi yaralanıb.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Masallıda ağır QƏZA: Ölənlər və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər