Lalə Cəfərli: "Bank bağlansa da, vətəndaşın kredit borcu tarixçəsindən silinmir"
"Bəzən elə müştərilər olur ki, zənn edirlər ki, bank bağlanıbsa artıq mənim borcum yoxdur. Təəssüf ki, bu həqiqətən belə bir psixologiya var insanlarda. Amma problem ondadır ki, əgər sizin borcunuz olan bank bağlanıbsa, bu sizin kredit tarixçəsində silinmir, qalır".
BAKU.WS xəbər verir ki, bu sözləri "Maliyyə sektorunda aktual çağırışlar və Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti" adlı panel sessiyada çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili və risklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli bildirib.
O qeyd edib ki, bankın bağlanmağından 5 il də keçsə, həmin müştəri gedib başqa bankdan kredit götürmək istəyəndə deyəcəklər ki, sənin bağlanılan bankda belə bir öhdəliyin var, onu icra eləməlisən.
"Artıq bu da təbii ki, insanlarda əlavə maliyyə çətinliyi yaradır. Biz tərəfdən məhkəmə prosesləri başlanmış olur və insanları məlumatlandırmağa çalışırıq ki, buna getməsinlər. Çünki əlavə enerji itkisinə səbəb olur. Biz insanların qoyduğu təlimatlara da icra proseslərini göndəririk. Bu da evlərinin girov qoyulmasına səbəb ola bilir" -deyə qurum rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
Tramp ermənipərəst konqresmen Adam Şiffi "yekəbaş" adlandırıb













