MİQ ballarının şəxsi səhifələrdə əks olunması qaydasında YENİLİK
Far.Az xəbər saytı

MİQ ballarının şəxsi səhifələrdə əks olunması qaydasında YENİLİK


Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd edilib ki, hazırda müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi üzrə daxil olmuş apellyasiya müraciətləri araşdırılır:

"Namizədlərin imtahan nəticələri apellyasiya müraciətlərinə verilən cavablarla eyni vaxtda onların şəxsi səhifələrinə yerləşdiriləcək. Balların şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək. Vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarixlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə MİQ imtahanında iştirak edənlər namizədlər imtahanda topladıqları balların şəxsi kabinetlərinə göndərilməməsi ilə iddiası bağlı etirazlar səsləndirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər