İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib
Far.Az xəbər saytı

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib


İran fransız diplomatların saxlanılmasına münasibət bildirib.

"Far.Az" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı Tehrandakı iki fransız diplomatın diplomatik normalara zidd olan hərəkətləri ilə bağlı etirazını bildirib.

O, bu cür davranışın qəbuledilməz olduğunu deyib və vurğulayıb ki, ölkənin qanun və qaydalarına riayət olunmalıdır:

"Eləcə də diplomatik prinsip və normalara sadiqlik xarici nümayəndəliklərin fəaliyyətinin davam etməsi üçün zəruri şərtdir".

Əraqçi bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almağa və Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməsinə çağırıb.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro iyulun 20-də İki fransız diplomatın İran təhlükəsizlik qüvvələri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktına" məruz qaldığını bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər