"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.
***11:56
20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən tiktoker İlduzə Hacıyevanın - sosial şəbəkələrdə "Arzum 9999" adı ilə tanınan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
İlduzə Hacıyeva bir qədər əvvəl konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilib.
Onun yaxınları da məhkəmə binasına gəliblər və veriləcək qərarı gözləyirlər.
ArOxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi













