Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək
Noyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı tədbir planlaşdırılır.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, “Salam Türkün Bayrağına” adlı tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ankaradakı səfirliyi və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Əsas tədbir “ATO Congresium” zalında Prezident Simfonik Orkestrinin, Dövlət Opera Teatrının və TRT polifonik xorunun 120 musiqiçisinin iştirakı ilə möhtəşəm konsert olacaq. Orkestrə Mustafa Mehmandarov, xora isə Elnarə Kərimova dirijorluq edəcək.
Solist qismində isə türk dünyasının aparıcı sənətçiləri - Azər Zeynalov (Azərbaycan), Ulpan Aubakirova (Qazaxıstan), Karimberdi Turapov (Qırğızıstan), Umid İsrailov (Özbəkistan), Görkem Ezgi Yıldırım (Türkiyə) və Begenç Moşiyev (Türkmənistan) çıxış edəcəklər. Proqramda həmçinin görkəmli Azərbaycan şairi Əhməd Cavadın şeirləri əsasında hazırlanmış əsərlər də nümayiş olunacaq.
Konsertlə yanaşı, qonaqlara Azərbaycan ordusunun Qarabağda qələbəsi və müharibədən sonrakı dövrdə bölgənin bərpasına həsr olunmuş fotosərgi də təqdim olunacaq. Qarabağın, xüsusilə Şuşanın görkəmli mədəniyyət xadimlərindən bəhs edən sərgi də nümayiş etdiriləcək. Tədbirə giriş pulsuzdur.
Əhməd Cavad İnstitutunun rəhbəri, professor Ruhi Ersoy qeyd edib ki, bu tədbir Türkiyə ilə Azərbaycan arasında qırılmaz qardaşlıq əlaqələrini göstərir. “Qarabağdakı qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının təntənəsidir və əsl türk torpaqlarının geri qaytarılması deməkdir”, - Ersoy deyib.
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bu gün maestro Niyazinin doğum günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ankarada bəstəkar Şəfiqə Axundovaya həsr olunmuş qala-konsert keçirilib
Maestro Niyazinin məzarı ziyarət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər