ABŞ-də FIFA prezidenti ilə Ağ Ev arasında mümkün əlaqələr araşdırlır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmaya başlayıb və ondan Donald Tramp administrasiyası ilə əlaqələri barədə ətraflı məlumatları açıqlamasını tələb edib.
"Far.Az"un verdiyi məlumata görə, konqresmen bununla bağlı FIFA rəhbərinə məktub göndərib.
Raskin FIFA əməkdaşlarının Tramp administrasiyasının nümayəndələri və onun andiçmə komitəsi ilə bütün yazışmalarının saxlanılmasını tələb edib. Buraya Signal, Telegram, WhatsApp messencerləri, eləcə də X və Truth Social platformalarındakı mesajlar daxildir.
Bundan əlavə, konqresmen İnfantinonun araşdırma çərçivəsində şəxsən ifadə verməsini və Donald Trampa və ya onunla əlaqəli şəxslərə təqdim oluna biləcək hədiyyələr, ödənişlər və digər güzəştlərlə bağlı sənədləri təqdim etməsini istəyib.
Həmçinin FIFA tədbirlərinə biletlərin satışı ilə bağlı materiallar, ABŞ rəsmiləri ilə əlaqələr barədə məlumatlar və federasiyanın Trump Tower binasındakı ofisinə giriş-çıxış qeydləri də tələb olunub.
Xatırladaq ki, bundan əvvəl City AM portalı FairSquare qeyri-kommersiya təşkilatının İnfantinonun fəaliyyəti ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət göndərdiyini yazmışdı. Nəşrin məlumatına görə, FIFA rəhbəri Trampın təzyiqi altında 2020-ci ildə verdiyi, kommersiya və siyasi maraqlardan asılı olmayaraq müstəqil fəaliyyət göstərmək barədə andı pozub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













