Gürcüstanın bəzi şəhərləri hələ də işıqsız qalıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Gürcüstanın bəzi şəhərləri hələ də işıqsız qalıb - YENİLƏNİB


Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisinin səbəbi hələ müəyyənləşdirilməyib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə "Gürcüstan Dövlət Elektrik Sistemi" (Georgian State Electrosystem - GSE) məlumat yayıb.

Qurumdan bildirilib ki, hazırda mütəxəssislər elektrik təchizatının mümkün qədər qısa müddətdə bərpası istiqamətində çalışırlar.

"Hazırda səbəb məlum deyil. Bərpa işləri davam edir, bütün müvafiq xidmətlər prosesə cəlb olunub", – GSE-dən bildirilib.

Eyni zamanda, qurum sosial şəbəkələrdə elektrik kəsintisinin Gürcüstanla Türkiyəni birləşdirən yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza ilə əlaqədar olması barədə yayılan məlumatları təkzib edib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Gürcüstanın bir sıra şəhərlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, elektrik kəsintisi Tbilisi də daxil olmaqla, ölkənin müxtəlif bölgələrini əhatə edib.

Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumata görə, Rustavi və Batumi şəhərlərində də elektrik enerjisinin verilişi dayanıb.

Hazırda kəsintinin səbəbi rəsmi olaraq açıqlanmayıb. "Interpressnews" agentliyi məsələ ilə bağlı Gürcüstan Dövlət Elektrik Sistemi ilə əlaqə saxladığını və rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər