Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək
Yaponiyada 300 minə yaxın şəxs təxliyə ediləcək.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı Yaponiyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, daha əvvəl zəlzələnin baş verdiyi Kyuşu adasında afterşoklar davam edir. Bunun nəticəsində ada sakinləri təxliyə mərkəzlərinə köçməli olacaqlar.
Telekanalın məlumatına görə, bu ərazidə xilasetmə əməliyyatlarının aparılması üçün yüzlərlə əsgər göndərilib.
Xatırladaq ki, bu gün - iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Azı bir nəfərin həlak olduğu və 100-dən çox insanın xəsarət aldığı bildirilir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













