Naxçıvanda şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
Naxçıvan Muxtar Respublikasında (MR) şəhid övladlarının ikigünlük yay düşərgəsi təşkil edilib.
"Far.Az"un yerli bürosunun məlumatına görə, düşərgə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Şəhid övladlarının intellektual inkişaf proqramı" layihəsi çərçivəsində keçirilir.
Düşərgədə iştirak edən şəhid övladları və şəhid xanımları yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər. Daha sonra onlar Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsində iştirak etmək üçün yola salınıblar.
Layihə çərçivəsində düşərgə iştirakçıları üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramlarının təşkili nəzərdə tutulur. Yay düşərgəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların asudə vaxtını səmərəli təşkil etmək və sosial ünsiyyət bacarıqlarını gücləndirməkdir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













