Azərbaycanda ipəkçilik sahəsi üzrə yeni dövlət standartı qəbul edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ipəkçilik sahəsi üzrə yeni AZS 998:2026 "Sənaye qrenası. Texniki şərtlər" dövlət standartı qəbul edib.
"Far.Az" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, yeni standart ipəkçilik sahəsi üzrə istehsal prosesində vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və sağlam ipəkqurdunun sənaye qrenasının istehsalının təmin olunmasına, məhsulun bioloji göstəricilərinin sabit saxlanılmasına, istehlakçılara təqdim olunan məhsulun etibarlılığının artırılmasına xidmət edir.
Standart həmçinin qrenanın keyfiyyət göstəricilərinin obyektiv qiymətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, genetik resursların qorunması və damazlıq işinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sözügedən dövlət standartı layihəsi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis edilmiş "Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan sənaye təhlükəsizliyi üzrə yeni dövlət standartlarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













