AFFA "İmişli" klubunun akademiya məşqçiləri üçün maarifləndirici təlim keçirib
AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün növbəti maarifləndirici təlim təşkil olunub.
"Far.Az" quruma istinadən xəbər verir ki, təlim ölkədə futbol akademiyalarının inkişafına dəstək göstərilməsi və vahid inkişaf yanaşmasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.
Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov iştirak ediblər.
Akademiya direktoru Rövşən Babayev, klubun icraçı direktoru Aqşin Mürsəlov, uşaq və gənclər üzrə bütün məşqçilər tədbirdə fəallıq nümayiş etdiriblər.
Təlim zamanı müasir futbol akademiyalarında oyunçu inkişafının əsas istiqamətləri müzakirə olunub. Sessiyalar çərçivəsində Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun seçilməsi, eləcə də dünya səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan əsas prinsiplər barədə ətraflı təqdimatlar keçirilib.
Bununla yanaşı, gənc futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişlərinin formalaşdırılması, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, həmçinin akademiyanın bütün yaş qruplarında vahid məşq və oyun terminologiyasının tətbiqinin əhəmiyyəti də iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim məşqçilərin peşəkar biliklərinin artırılmasına, vahid metodologiyanın tətbiqinə və oyunçuların uzunmüddətli inkişaf prosesinin daha səmərəli təşkilinə töhfə verməyi hədəfləyib.
AFFA-nın Futbolun İnkişafı Departamentinin ölkə üzrə futbol akademiyalarının inkişafına dəstək məqsədilə maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyi bildirilib.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Sərxan Hüseynov: "Region və Bakı klublarının məşqçilərinin maaşında kəskin fərq var" - MÜSAHİBƏ
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













