Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracı üzrə liderlər müəyyən edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac edilən qeyri-neft məhsullarının ümumi dəyəri 529,882 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 572,9 milyon ABŞ dolları və ya 7,51 % azdır.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 24,21 % payla "SOCAR Polymer" MMC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
| Şirkət | 2026-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları) | 2025-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları) | Faiz fərqi |
| "SOCAR Polymer" MMC | 128,3 | 129 | -0,54% |
| "AzerGold" QSC | 126,6 | 100,3 | 26,22% |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 120 | 211,6 | -43,29% |
| "Azəralüminium" MMC | 98,3 | 67 | 46,72% |
| "Azərpambıq ASK" MMC | 34 | 19,4 | 75,26% |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 7,7 | 34,5 | -77,68% |
| "Azərbaycan Hava Yolları" QSC | 7,5 | 7,5 | - |
| "AzərEnerji" ASC | 6,3 | 3,6 | 75% |
| "Naxçıvan Enerji" MMC | 0,697 | 0 | - |
| "SOCAR CAPE" MMC | 0,485 | 0 | - |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 16,9 % artaraq 1,9 milyard ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracı sahəsində liderlər müəyyən edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













