Qırğızıstan və Türk İnvestisiya Fondu əməkdaşlığı genişləndirir
Türk İnvestisiya Fondu (TİF) və Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyi (MİA) bu ölkədə investisiyaların təşviqi və asanlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
"Report" xəbər verir ki, sənədə Bişkekdə keçirilmiş "Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət" biznes forumu çərçivəsində TİF-in Baş direktoru Ramil Babayev və MİA-nın rəhbəri Ravşanbek Azatoviç Sabirov imza atıb.
Anlaşma Memorandumunun şərtlərinə əsasən, MİA Qırğızıstanda investisiya layihələrinin müəyyənləşdirilməsi və həyata keçirilməsi prosesində TİF-ə dəstək göstərəcək. TİF isə maliyyə resurslarını səfərbər etməyi, transsərhəd investisiyaları təşviq etməyi və xüsusi diqqəti Qırğızıstana yönəltməklə üzv dövlətlər arasında iqtisadi inteqrasiyaya və dayanıqlı inkişafa töhfə verən investisiya layihələrini dəstəkləməyi nəzərdə tutur.
Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsinə, investorların Qırğızıstandakı investisiya imkanlarına çıxışının asanlaşdırılmasına və TİF-in regional investisiya layihələri portfelinin formalaşdırılmasını dəstəkləyən məlumat mübadiləsinə yönələcək. TİF və MİA Anlaşma Memorandumunun icrasını nəzərdən keçirmək və Qırğızıstanda konkret investisiya imkanlarını irəli aparmaq məqsədilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
R.Babayev bildirib ki, Qırğızıstan TİF-in əsas prioritet ölkələrindən biridir: "Məqsədimiz ölkədə real iqtisadi təsir yaradacaq perspektivli investisiya layihələrini müəyyən etmək və onların həyata keçirilməsinə dəstək verməkdir. MİA ilə əməkdaşlıq bizə belə layihələri erkən mərhələdə seçməyə, düzgün strukturlaşdırmağa, onların icrası üçün uzunmüddətli maliyyə resurslarını səfərbər etməyə imkan verəcək".
TİF türk dövlətlərinin birgə təsis etdiyi, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur. TİF-in Təsis Sazişi 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü il tarixində qüvvəyə minib. Ortaq inkişaf və rifahın dəstəklənməsi məqsədilə istifadə olunacaq 600 milyon ABŞ dolları həcmində nizamnamə kapitalına malik TİF "Türk Dünyasının İqtisadi İnteqrasiyası"na əsaslanan böyük Türk vizyonu çərçivəsində təsirli investisiyaları, innovativ həlləri və regional inteqrasiyanı təşviq edən platformadır.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var
-
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib
-
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirilib
-
Azərbaycanda bəzi məlumatlara görə saytlara giriş məhdudlaşdırılacaq
-
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
-
Qeşm adasında xilasetmə işləri aparılır - YENİLƏNİB













