Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək
Suren Papikyan yenidən Ermənistanın müdafiə naziri, Arpine Sarqsyan isə daxili işlər naziri təyin ediləcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının idarə heyətinin iclasından sonrakı brifinqdə bildirib.
"Bəli, onlar yenidən təyin olunacaqlar", - o qeyd edib.
S.Papikyan 2021-ci il noyabrın 15-dən müdafiə naziri, A.Sarqsyan isə 2024-cü il noyabrın 20-dən daxili işlər naziri vəzifəsini tutur.
Bundan əlavə, Paşinyan Lilit Makuntsun Baş nazirin aparat rəhbəri təyin ediləcəyini bildirib.
L.Makunts 2025-ci il avqustun 29-dan Baş nazirin baş məsləhətçisi vəzifəsini tutur, 2021-2025-ci illərdə isə Ermənistanın ABŞ-dəki səfiri olub.
Oxşar xəbərlər
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













