Bloqer Müjgan həbs edildi
Far.Az xəbər saytı

Bloqer Müjgan həbs edildi


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən tiktoker həbs edilib.

Far.Az "Unikal"a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin yekun qərarı ilə Müjgan Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirilməsinə görə 6 nəfər məsuliyyətə cəlb edilib
Tiktoker Sərdar həbs edildi
"Instagram"da erotik rəqs edən, bədənini göstərən qadın CƏZALANDIRILDI
Bakıda "pub"da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər