Bakıda "pub"da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu
Far.Az xəbər saytı

Bakıda "pub"da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu


Bakıda ictimai yerdə əxlaqsız videolar çəkərək sosial şəbəkələrdə yayan şəxs məsuliyyətə cəlb edilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 108 ünvanında yerləşən "pub"da baş verib.

Sosial şəbəkələrdə yayılmış əxlaqsız videolarla bağlı aparılan araşdırmalar zamanı görüntülərin Tərtər rayon Kəngərli kənd sakini 2001-ci il təvəllüdlü F.Hüseynli tərəfindən çəkilərək instaqram səhifələrinə yerləşdirilməsi məlum olub.

O, polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman qanuni tələbə tabe olmayıb.

F.Hüseynlinin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.

O, törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.

Nərimanov Rayon Məhkəməsinin 10 fevral tarixli qərarı ilə F.Hüseynli 1 ay müddətinə inzibati həbs edilib.

Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.

Oxşar xəbərlər

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər