Sadır Japarov: Azərbaycan Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rol oynayır
Far.Az xəbər saytı

Sadır Japarov: Azərbaycan Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rol oynayır


Azərbaycan Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rol oynayır.

"Far.Az"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

"Nəqliyyat dəhlizləri məsələlərinə xüsusi diqqət yetirdik və Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rolunu qeyd etdik. Energetika sahəsində əməkdaşlığın perspektivli istiqamətlərini və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsini apardıq", - o bildirib.

S.Japarov, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla səmərəli qarşılıqlı fəaliyyətə diqqət çəkib: "İlham Əliyevi VI Dünya Köçəri Oyunlarının açılış mərasimində, Şanxay Əməkdaşlıq Təşkilatı Plus sammitində, eləcə də 2027-ci il oktyabrın 21–23-də Bişkekdə keçiriləcək "Bişkek+25" İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət etdim".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər