AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 4 avqust - 30 sentyabr tarixləri arasında Bakı - İstanbul marşrutu üzrə həftəlik reyslərin sayını 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı - Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayını 42-dən 46-ya çatdırıb.
Far.Az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Bildirilib ki, əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan yaradacaq.
"Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
"SOCAR Karbamid" daxili bazarın tələbatını tam təmin edir
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir













