AQTA Yevlaxda 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı araşdırmalara başladı
Yevlaxda 16 yaşlı yeniyetmənin qida zəhərlənməsi şübhəsi ilə həyatını itirməsi ehtimal edilən hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinə götürülüb.
Far.Az xəbər verir ki, AQTA sorğuya cavab olaraq bildirilir ki, hadisənin başvermə səbəblərinin, eləcə də ölümün qida zəhərlənməsi ilə əlaqəli olub-olmadığının müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.
Məlumata görə, Agentliyin mütəxəssisləri aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə hadisə yerində müvafiq araşdırmalar aparırlar.
AQTA-dan qeyd edilib ki, araşdırmanın nəticələri ictimaiyyətə əlavə olaraq təqdim olunacaq.
***
Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













