Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
Qırğızıstan yaxın vaxtlarda Azərbaycandan neft məhsullarının tədarükünün konkret həcmlərinin və mexanizminin müəyyən ediləcəyini gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Çolpon-Atada jurnalistlərə Qırğızıstanın energetika naziri Altınbek Rısbekov bildirib.
"Bu gün biz Qırğızıstan və Azərbaycan arasında neft və neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlığın inkişafı barədə memorandum imzaladıq. Bu memorandum bizə neft məhsulları sahəsində səmərəli əməkdaşlıq qurmağa imkan verəcək", - nazir bildirib.
Onun sözlərinə görə, hazırda tədarük həcmləri müzakirə mərhələsindədir: "Hazırda danışıqlar gedir, qarşılıqlı niyyətlər var. Düşünürəm ki, yaxın vaxtlarda tədarükün konkret həcmləri və mexanizmləri müəyyən ediləcək".
Nazir bildirib ki, ikitərəfli görüşlərin yekunlarına əsasən, aidiyyəti qurumlara əldə olunmuş razılaşmaların reallaşdırılmasının praktik mexanizmlərini ən qısa müddətdə işləyib hazırlamaq tapşırılıb: "Yaxın günlərdə mexanizmlər aydın şəkildə müəyyənləşdiriləcək. İki prezidentin tapşırığı ilə bir həftə ərzində yol xəritəsi və reallaşdırma ilə bağlı konkret mexanizm hazır olacaq".
A.Rısbekov, həmçinin qeyd edib ki, iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə yol xəritələri imzalanıb: "Bizim yaxşı niyyətlərimiz var. Düşünürəm ki, gələcəkdə neft məhsulları və energetika istiqamətləri üzrə yaxşı əməkdaşlığımız olacaq".
Oxşar xəbərlər
İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Altınbek Rısbekov Qırğızıstanın energetika naziri vəzifəsinə təyin edilib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
Avqustun ən təhlükəli günləri - Hansı bürclər ehtiyatlı olmalıdır?
-
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib













