"Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?
Far.Az xəbər saytı

"Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?


Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.

Far.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış.

Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

"Mənə hədə-qorxu gəldi. Mən də küçəyə çıxdım. Qonşunun evinin yanına çatanda gəlib məni iki dəfə vurdu, sonra boğdu. Dedim ki, "məni niyə döyürsən?". Qışqırıb girdim qonşunun evinə. Biz də polisə müraciət elədik. Sonra xəbər çatdı ki, evi yandırıb".

Qeyd edək ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində ekspertiza təyin olunmaqla aidiyyəti üzrə araşdırmalar aparılır. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər