Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Far.Az xəbər saytı

Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb


Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov "Bilgəh" xilasetmə məntəqəsinin açılışında iştirak edib
"Bilgəh" sularda xilasetmə məntəqəsinin açılışı olub, nazir iştirak edib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
İstirahətə gələnlər Bilgəhdə pulsuz çimərliyi "zibil poliqonu"na çevirdilər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər