Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib
Far.Az xəbər saytı

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib


Qırğız Respublikasının Bişkek şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycanın Avrasiya Məkan Məlumatları İnfrastrukturuna (ESDI) üzvlüyü rəsmi olaraq təsdiqlənib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkekdə keçirilən ESDI İdarəetmə Komitəsinin 12-ci konfransında iştirak edib. Konfrans rəqəmsal transformasiya, geoməkan məlumatlarının idarə olunması və rəqəmsal xəritə texnologiyalarının tətbiqi mövzularına həsr edilib.

"Rəqəmsal transformasiya şəraitində milli məkan məlumatları infrastrukturları:intellektual geoməkan ekosistemi və ərazilərin rəqəmsal əkizləri" mövzusunda keçirilən tədbirdə Xidmətin rəis müavini qurumun fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatı və ünvan reyestrinin aparılması, daşınmaz əmlakın kadastrı, torpaq münasibətlərinin tənzimlənməsi və Azərbaycanın torpaq fondu kimi bir sıra sahələr barədə məlumat verib.

Tədbirdə üzv ölkələrin təcrübəsi, 3D xəritələrin və peyk təsvirlərinin torpaq idarəçiliyində tətbiqi, habelə ölkələrarası məlumat mübadiləsi məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində Azərbaycanın ESDI-yə üzv olması rəsmi olaraq təsdiqlənib. Sonda tərəflər arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.

Qeyd edək ki, ESDI region ölkələri arasında coğrafi və məkan məlumatlarının inteqrasiyasını, standartlaşdırılmasını və qarşılıqlı təhlükəsiz mübadiləsini təmin edən beynəlxalq təşəbbüs qrupudur. Bura Koreya, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Azərbaycan, Tacikistan və Özbəkistan dövlətləri üzvdür.

Oxşar xəbərlər

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər