Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər
Far.Az xəbər saytı

Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər


Azərbaycan və Moldova əməkdaşlığı genişləndirməyə imkan verəcək 12 sənəd layihəsini nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

M.Məmmədov qeyd edib ki, Azərbaycan və Moldova arasında ikitərəfli hüquqi bazanı genişləndirmək, eləcə də ikitərəfli münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət kəsb edən ikitərəfli sənədləri imzalamaq son dərəcə vacibdir.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 68 sənəd imzalanıb.

"Hazırda tərəflər 12 sənəd layihəsini nəzərdən keçirirlər. Bu aktların operativ imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yeni üfüqlər açacaq", - nazir bildirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər