NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır
Far.Az xəbər saytı

NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır


İran noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ-yə iqtisadi təzyiq göstərməyi hədəfləyir.

"Far.Az"un "The New York Times" (NYT) nəşrinə istinadən məlumatına görə, iqtisadi vəziyyət amerikalı seçiciləri narahat edən əsas mövzulardan biri olaraq qaldığı üçün yanacağın bahalaşması ABŞ administrasiyasına təzyiqi artırır.

Nəşrin məlumatına görə, ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,785 litr) üçün 5 dolları keçib ki, bu da Yaxın Şərqdə müharibə başlamazdan əvvəl qeydə alınan səviyyədən 33 % yüksəkdir. Bəzi ştatlarda, o cümlədən Kaliforniyada qiymət bir qallon üçün 5,5 dollara çatır.

ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, neftin ucuzlaşması fonunda istehlak qiymətlərinin artım sürətinin yavaşlamasına baxmayaraq, iyun ayında inflyasiya 3,5 % təşkil edib.

NYT qeyd edib ki, Yaxın Şərqdəki münaqişə ilə yanaşı, neft emalı zavodlarının yüksək səviyyədə yüklənməsi, yanacaq ehtiyatlarının aşağı olması və benzinə olan tələbatın mövsümi artımı da yanacağın qiymətinin artmasına təkan verir.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin İrana zərbələrini dayandırmasından sonra dünyada neftin qiymətləri ucuzlaşmışdı.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər