Reyndə su səviyyəsinin enməsi Almaniyada yükdaşımalarına təhlükə yaradır
Almaniyada Reyn çayında suyun səviyyəsinin tarixi minimumu qeydə alınıb ki, bu da yük daşımalarını təhlükə altına qoyub.
"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, suyun rekord dərəcədə aşağı səviyyəsi Duysburq-Rurort, Düsseldorf və Kölndə qeydə alınıb.
Belə ki, Duysburq-Rurortda suyun səviyyəsi 149 sm təşkil edib ki, bu da 2022-ci ilin avqustunda qeydə alınmış əvvəlki antirekorddan 2 sm aşağıdır. Düsseldorfda da göstərici 21 sm-ə qədər enərək tarixi minimumu yeniləyib.
Reyn çayının dayazlaşması səbəbindən bir çox yük gəmiləri artıq tam yüklə hərəkət edə bilmir. Reyn Su Yolları və Gəmiçilik İdarəsinin nümayəndəsi Markus Noymanın sözlərinə görə, bəzi gəmilər normal yük həcminin yalnız təxminən 20 %-ni daşıyır və iri tankerlərin istismarı iqtisadi cəhətdən sərfəli olmur.
Yaranmış vəziyyətin səbəbi kimi uzunmüddətli quraqlıq və son aylarda yağıntıların olmaması göstərilir. Mütəxəssislərin rəyinə görə, yaxın vaxtlarda vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilmir.
Suyun azlığı sərnişin gəmiçiliyinə də təsir edib. Kölndə suyun səviyyəsinin aşağı olması səbəbindən ənənəvi "Köln işıqları" festivalında iştirak edən gəmilərin sayı azaldılıb, şəhərin yaxınlığında isə gəmi saya oturub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib













