Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
Far.Az xəbər saytı

Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib


Amerikalı senator Mark Kelli bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla münaqişəyə qeyri-ardıcıl yanaşma nümayiş etdirir, bu da ölkədə döyüş sursatı qıtlığına və qiymətlərin artmasına səbəb olub.

"Far.Az" "CBS"yə istinadən xəbər verir ki, senator Vaşinqtonun addımlarının münaqişənin gərginləşməsinə rəvac verdiyini qeyd edib.

Kellinin sözlərinə görə, Tramp ABŞ-ni münaqişəyə strateji məqsəd, plan və dəqiq müddət olmadan cəlb edib. O həmçinin müharibə naziri Pit Heqseti tənqid edərək bildirib ki, nazir kütləvi zərbələrə üstünlük verib və bu da yekunda döyüş sursatı qıtlığına gətirib çıxarıb.

Senator əlavə edib ki, münaqişə nəticəsində 18 amerikalı həlak olub, ölkədə qiymətlər isə kəskin şəkildə artıb.

Bundan əlavə, Kelli belə bir fikir ifadə edib ki, Vaşinqtonun hazırkı siyasəti həm Fars körfəzi ölkələrindəki müttəfiqlərlə, həm də avropalı tərəfdaşlarla münasibətləri mürəkkəbləşdirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər