Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
Böyük Britaniya 2027-ci il prezident seçkilərində "Milli Birlik" parlament fraksiyasının lideri Marin Le Penin və ya "Təslim olmayan Fransa" Partiyasının qurucusu Jan-Lük Melanşonun qələbə qazanacağı təqdirdə, Fransanın "istəklilər koalisiyası"ndan çıxışından ehtiyat edir.
"Far.Az" "The Daily Telegraph"a istinadən xəbər verir ki, Londonda Fransada hakimiyyət dəyişikliyinin "istəklilər koalisiyası"nın gələcəyini və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığı sual altında qoya biləcəyini hesab edirlər.
Nəşrin məlumatına görə, NATO ölkələrinin diplomatik dairələrində artıq Ukraynanın əsas Avropa müttəfiqlərindən biri qismində Fransanı hansı ölkənin əvəz edə biləcəyi müzakirə olunur. Ən ehtimal olunan namizəd kimi Almaniya nəzərdən keçirilir, lakin daxili siyasi vəziyyət Berlinin imkanlarını məhdudlaşdıra bilər.
Qeyd edək ki, "istəklilər koalisiyası" 2025-ci ilin yazında Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılıb və Ukraynaya dəstək göstərən 30-dan çox dövləti birləşdirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib













