Qara dəniz enerji dəhlizi layihəsində işlənmə mərhələsinə keçilib
Qara dəniz "Yaşıl Enerji Dəhlizi"nin ("Black Sea Energy") yaradılması layihəsinə dair rəsmi olaraq növbəti mərhələyə - işlənmə mərhələsinə keçid edilib.
"Far.Az" "Green Energy Corridor Power Company" ("GECO Power") birgə müəssisəsinə istinadən xəbər verir ki, bu qərar operator şirkət olan "GECO Power"in Direktorlar Şurasının altıncı iclasının nəticələrinə əsasən qəbul edilib.
Yeni mərhələyə keçid Bakıda keçirilmiş 12-ci nazirlər görüşündə iştirakçı dövlətlərin hökumətlərinin texniki-iqtisadi əsaslandırmanı (TİƏ) rəsmi qaydada təsdiqləməsindən sonra mümkün olub.
Direktorlar Şurasının iclası zamanı qarşıdakı dövr üçün əsas prioritet istiqamətlər müəyyən edilib. Onların arasında konseptual layihələndirməni, mühəndis-axtarış işlərinin aparılmasını və satınalma strategiyasının formalaşdırılmasını özündə birləşdirən 2-ci iş axınının ("Workstream 2") başlanması yer alır. Bundan əlavə, cari mərhələdə layihənin həyata keçirilməsinin alternativ variantlarının səhmdarlara təqdim edilməsi planlaşdırılır.
Üstəlik, şirkət birinci kabelin çəkilməsi məqsədilə dəniz dibinin tədqiqi xidmətlərinin satın alınmasına hazırlıq işlərinə başlayıb və beynəlxalq maliyyə təşkilatları, texnologiya təchizatçıları, həmçinin layihə tərtibatçıları ilə qarşılıqlı əlaqəni gücləndirib.
Eyni zamanda, qarşılıqlı və ya ümumi maraq kəsb edən layihələr (PMI/PCI) statusunun verilməsi üzrə müraciətin təşviq edilməsinə dair işlər aparılacaq və bu da həmin təşəbbüsün Avropanın infrastruktur enerji sistemində mövqelərini möhkəmləndirməyə xidmət edir.
İclasda "GECO Power"in büdcəsinin icrası və iştirakçı ölkələrin milli tənzimləyici orqanları ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
"Yaşıl Enerji Dəhlizi" regional enerji təhlükəsizliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyasına və Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişləndirilməsinə kömək edərək Avropanın ən mühüm transsərhəd infrastruktur enerji layihələrindən birinə çevrilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu layihənin həyata keçirilməsi 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış saziş çərçivəsində nəzərdə tutulur. Bu sənəd Avropaya "Yaşıl Enerji Dəhlizi"nin formalaşdırılması yolunda mühüm addım olub.
Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 115 km suyun altında və 40 km quruda, gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.
Layihə Avropa İttifaqının qarşılıqlı maraq doğuran layihə siyahısına daxil edilib. Avropa Komissiyası onun həyata keçirilməsinə 2,3 milyard avro ayırmağı planlaşdırır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Daşkəsəndə milli kino seansı keçirilib
-
İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib













