Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb


Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.

Xatırladaq ki, ötən günlərdə Ağdamın bir sıra kəndlərində yanğınlar baş verirdi.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Meşələrdə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər