Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb
Far.Az xəbər saytı

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb


Azərbaycanda miqrasiya sahəsində göstərilən xidmətlərdən 27-si artıq elektronlaşdırılıb.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təqdimatda deyib.

Onun sözlərinə görə, qaçqınlarla bağlı prosedurlar isə elektronlaşdırılmıyıb:

"Çünki bəzi qaçqınların, ümumiyyətlə, sənədi olmur, yaxud ölkəni qanunsuz tərk edir. Hətta oxumağı və yazmağı bilməyən qaçqınlar da var. Bu səbəbdən, dünya təcrübəsində də miqrasiya sahəsində qaçqınlarla bağlı prosedurların elektronlaşdırılması özünü tam doğrultmur".

A.Abbaszadə əlavə edib ki, ASAN xidmət mərkəzlərində miqrasiya məsələləri ilə bağlı göstərilən 22 xidmətdən 16-sı ödənişsizdir.

Oxşar xəbərlər

Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər