Rusiya Kiyevə zərbə endirib, ölən və yaralananlar var
Far.Az xəbər saytı

Rusiya Kiyevə zərbə endirib, ölən və yaralananlar var


Rusiya avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev şəhərinə və vilayətinə hücum edib, zərbələr nəticəsində 15 nəfər ölüb, daha 41 nəfər yaralanıb.

Bu barədə "Far.Az" Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, Kiyev vilayətində 14 nəfər zərbənin qurbanı olub, daha 26 nəfər xəsarət alıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Bildirilib ki, Brovarı rayonunda, Bolşaya Dımerka qəsəbəsində, eləcə də Kvitnevoye və Pobeda kəndlərində anbar və logistika binalarında irimiqyaslı yanğınlar baş verib. Fastov rayonunda xilasedicilər müəssisələrdən birinin ərazisində yanan nəqliyyat vasitələrini söndürüblər.

Qurumun məlumatına görə, Kiyevdə bir nəfər ölüb, daha 15 nəfər yaralanıb. Nəticələrin aradan qaldırılmasına 680 xilasedici və 140 texnika cəlb edilib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Dərnəgüldə yanan obyektin malları daşınır
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Lökbatanda yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır - YENİLƏNİB-4
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər