DYP-dən VACİB MÜRACİƏT
"Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır. Bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur".
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Bildirilib ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir:
"Nəticədə arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.
Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırır".
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Ələt-Astara yolunda zəncirvari qəza: Yeddi nəfər xəsarət alıb
Bakıda zəncirvari qəza, dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari QƏZA: Səkkiz maşın toqquşdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Sabaha 39° isti gözlənilir
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!













