"120 yolu" adlanan ərazi yararsız vəziyyətdədir
Xırdalan şəhərinin Ceyranbatan su anbarı istiqamətindəki hissəsində kanalizasiya sularının səviyyəsi yenidən yüksəlib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, su anbarına yaxınlıqda yerləşən və tullantı sularının cəmləşdiyi yerin yaxınlığında aparılan yol təmiri işləri də yarımçıq dayandırılıb.
Məlum olub ki, bu ərazidə yolun tamamilə yararsız hala düşməsi səbəbindən 135 saylı müntəzəm marşrut xəttinin fəaliyyəti də pozulub. Yol problemi ilə əlaqədar iritutumlu müasir tipli avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilmir. Xırdalan şəhəri Həsən Əliyev küçəsi istiqamətində -120 yolu adlanan ərazidə yolun keçilməz olması, dərin çalaların mövcudluğu müasir tipli alçaqdaban avtobusların hərəkətini mümkünsüz edib.
Yaranmış vəziyyət səbəbindən sentyabr ayından etibarən Bakı Mühəndislik Universitetinin tələbələrinin daşınmasında ciddi çətinliklərin olacağı qaçılmaz olacaq.
Məsələ ilə bağlı 135 saylı xətt üzrə sərnişinlərə xidmət göstərən "Xaliq Faiqoğlu" şirkətindən bildirildi ki, uzun illərdir qeyd edilən ərazidə yol problemi qalmaqdadır: "Tərəfimizdən marşrut xəttinə müasir tipli avtobusların verilməsi təmin edilib. Yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin qeyd edilən ərazidə yolun bərpası həyata keçirilməyib".
Oxşar xəbərlər
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!
-
Vaşinqtondakı meşə yanğınları yaşayış məntəqələrini külə çevirdi













