Bulvar İdarəsi ilə bağlı məhkəmədə: Pandemiya zamanı səyahət gəmiləri ilə 80 min sərnişin daşınıb
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsi şahid ifadələri ilə davam edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahidlərdən biri də bulvarda gəmilərə nəzarət edən, eləcə də bilet satışı ilə məşğul olan Ağababa Babayev olub.
O bildirib ki, 2017-ci ildən 2023-cü ilə qədər bulvarda gəmilərə nəzarət edib, eləcə də bilet satışı ilə məşğul olub:
"2017-ci ildə bilet satmışam, 2018-ci ildən bileti kassa ilə satmağa başlamışıq. Kassadan kənar bilet satmaq mümkün deyildi. Bulvarda fəaliyyət göstərən gəminin biri 350, digəri 60 nəfər tuturdu. "Mirvari" gəmisi may ayının ortasından sentyabra qədər işləyirdi. Biletin qiyməti mən işlədiyim müddətdə 3, pandemiyadan sonra isə 5 manat olmuşdu. 60 nəfərlik "Şəfəq" gəmisi qış, 350 nəfərlik "Mirvari" gəmisi isə yay aylarında işləyirdi".
Şahid məhkəmədə deyib ki, gəmilərin hərəkət etməsi üçün hər hansı bir insan sayı müəyyən edilməmişdi. Həmçinin o, gəmilərin COVİD19 pandemiyası vaxtı işləmədiyini söyləyib.
Təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli şahidin məhkəmə və istintaqa verdiyi ifadəsinin ziddiyyət təşkil etdiyini söyləyib. Vəkil bildirib ki, şahid pandemiya vaxtı bulvarda səyahət gəmilərinin işləmədiyini söyləyib, lakin istintaq materiallarında COVİD19 pandemiyası zamanında səyahət gəmilərinin 80 min sərnişin daşıdığı qeyd olunub.
Həmçinin şahid istintaqa verdiyi ifadələrinin birində deyib ki, "Şəfəq" gəmisi ilə minimum 30, "Mirvari" gəmisi ilə isə 100 nəfər olmamış gəmilər səfərə çıxmayıb.
Vəkil İsmayıl Kəngərli şahidin ifadələri arasındakı ziddiyyəti soruşub.
Şahid Ağababa Babayev cavabında deyib ki, müəyyən olunan qədər adam yığılması üçün bilet alanlardan bəziləri lazım olan həddin dolmasını gözləyir, bəziləri isə gözləməyib çıxıb gedirdi.
Prosesdə vəkil İsmayıl Kəngərli deyib ki, Dövlət Dəniz və Liman Agentliyi səyahət gəmilərinin gecə saat 1, 2, 4, 5 radələrində səfərə çıxdığını, həmçinin 60 nəfərlik gəmiyə 430 nəfər qəbul edildiyini istintaqa bildirib. Vəkil əlavə edib ki, agentlik məhkəməyə bir say, istintaqa başqa say deyib.
Hakim vəkilə cavabında deyib ki, bu məsələyə sənədlərin tədqiqi hissəsində baxılacaq.
Növbəti iclas sentybarın 16-na təyin olunub.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!
-
Vaşinqtondakı meşə yanğınları yaşayış məntəqələrini külə çevirdi













