"Bakı Metropoliteni": "Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq
Far.Az xəbər saytı

"Bakı Metropoliteni": "Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq


Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında inşa olunan dalanın bu ilin oktyabr ayının sonu-noyabr ayının əvvəllərində tam istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyada dalan infrastrukturu faktiki olaraq tam sökülərək yenidən inşa olunur:

"İçərişəhər" və "Xətai" stansiyalarındakı dönmə kameraları qatarların hərəkətinin operativliyini, intervalın minimum səviyyədə saxlanılmasını və ümumi dayanıqlılığı təmin edir. "Həzi Aslanov" stansiyasında yaradılan yeni dalan da eyni funksiyanı yerinə yetirəcək. Bundan əlavə, o, qatarların kiçik həcmli texniki təmir işlərinin həyata keçirilməsi üçün də mühüm imkan yaradacaq".

B.Məmmədov bildirib ki, tikinti işləri artıq yekunlaşmaq üzrədir: "Faktiki olaraq köhnə dalan tam sökülərək yenidən qurulub. Hazırda yol təsərrüfatının qurulması, eləcə də kommunikasiya xətlərinin və digər zəruri sistemlərin quraşdırılması sürətlə davam edir. Planımıza əsasən, dalan oktyabrın sonu - noyabrın əvvəlində tam istifadəyə veriləcək".

O vurğulayıb ki, layihənin başa çatması ilə qatarlar artıq son dayanacaq kimi "Əhmədli" deyil, "Həzi Aslanov" stansiyasına qədər hərəkət edəcək.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər