Livanda məscid atəşə tutulub, ölən və yaralananlar var
Far.Az xəbər saytı

Livanda məscid atəşə tutulub, ölən və yaralananlar var


İsrailin Livanın cənubunda yerləşən Tibninə endirdiyi aviazərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, zərbə məscidə endirilib.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələri "Hizbullah" qruplaşmasını atəşkəs rejimini pozmaqda ittiham edərək Livanın cənubuna zərbələr endirməyə başlayıb.

İsrail Müdafiə Qüvvələri qeyd edib ki, zərbələr nəticəsində Sribbin ərazisində "Hizbullah"ın İsrailə hücumlar üçün istifadə etdiyi yeraltı tunel məhv edilib.

Oxşar xəbərlər

Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər